
Samsung Galaxy S25 Ultra-nın əsas arxa kamerasının göstəriciləri ortaya çıxıb
Cihazlar+
10.12.2024
Emil
Gələn ay təqdim olunacağı gözlənilən Samsung Galaxy S25 Ultra smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb. Belə ki, Galaxy S25 Ultra-nın ABŞ bazarı üçün nəzərdə tutulmuş versiyası Camera FV-5 resursunun məlumatlar bazasında ortaya çıxıb. Nəticədə smartfonun əsas arxa kamerasının göstəriciləri məlum olub. Beləliklə məlumata əsasən Galaxy S25 Ultra-nın əsas arxa kamerası 23.2 mm-ə ekvivalent fokus məsafəsinə və f/1.7 diafraqmaya sahib olacaq.
Fotolar bu kamera vasitəsilə 4080x3060 piksel keyfiyyətində çəkiləcək. Əsas arxa kameranın kamera sensorunun sahəsi 71.9 kvadrat mm təşkil edir. Daha öncəki məlumat sızıntılarına inansaq Galaxy S25 Ultra-nın əsas arxa kamerası 200 MP-lik olacaq. Bundan əlavə olaraq smartfonun özündə 50 MP-lik ultra geniş bucaqlı kameranı, 5 qat optik zoom-a sahib 50 MP-lik telekameranı və 3 qat zoom-a sahib 10 MP-lik telekameranı birləşdirəcəyi gözlənilir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
