Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın gövdə qalınlığı və əsas arxa kamerası barəsində məlumat verilib

    Cihazlar+
    29.08.2024
    Emil
         Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra barəsində yeni təfərrüatları bölüşüb. İnsayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonu iPhone 16 Pro Max Google Pixel 9 Pro XL smartfonlarından daha nazik və yüngül olacaq. iPhone 16 Pro Max-ın gövdə qalınlığı ilə çəkisi hələ məlum deyil. Lakin Google Pixel 9 Pro XL-in gövdə qalınlığı 8.5 mm, çəkisi isə 221 qramm təşkil edir.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy S24 Ultra smartfonunun gövdə qalınlığı 8.6 mm, çəkisi isə 232 qramm təşkil edir. Bu göstəriciləri nəzərə alaraq güman etmək olar ki, Galaxy S25 Ultra-nın gövdə qalınlığı 8.4 mm-dən, çəkisi isə 220 qramm-dan çox olmayacaq. Bununla yanaşı insayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonu təkcə iPhone 16 Pro Max və Google Pixel 9 Pro XL-dən deyil, həmçinin yaxın zamanda təqdim ediləcək Ultra adlı bütün flaqman smartfonlardan daha nazik və yüngül olacaq.
     
    Paylaş