Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın ilk render fotosu təqdim edilib

    Cihazlar+
    15.08.2024
    Emil
         Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra-nın ilk render fotosunu bölüşüb. Fotodan da görmək olar ki, hal-hazırda aktual olan Galaxy S24 Ultra kimi Galaxy S25 Ultra da yastı gövdə dizaynını əldə edəcək. Lakin Galaxy S24 Ultra-dan fərqli olaraq Galaxy S25 Ultra daha nazik ekran ətrafı çərçivələri əldə edəcək. İnsayder bildirib ki, yeni smartfonun ekran ölçüsündə bir dəyişiklik olmayacaq. Söhbət, 6.8 düym ölçülü ekrandan gedir. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy S25 Ultra Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş