
Samsung Galaxy S25 Ultra-nın kamera göstəriciləri açıqlanıb
Cihazlar+
06.01.2025
Emil
Samsung-un Galaxy S25 smartfon seriyasını bu ayın sonunda təqdim edəcəyi gözlənilir. Seriyaya ənənə üzrə daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. İndi isə insayderlər sözügedən modelin kameraları barəsində məlumatlar veriblər. Onların sözlərinə əsasən Galaxy S25 Ultra-nın kameraları keçən ilki Galaxy S24 Ultra-nın kameraları ilə demək olar eyni olacaq. Sadəcə olaraq yeni smartfonda əsas fərq ultra geniş bucaqlı kameranı əhatə edəcək. Beləliklə məlumata əsasən Galaxy S25 Ultra smartfonu Samsung ISOCELL HP2 adlı 200 MP-lik əsas arxa kameranı əldə edəcək. Əsas arxa kamera f/1.7 diafraqmalı olacaq və 23 mm fokus məsafəsinə sahib olacaq.
Smartfonun arxa kamera sisteminə üstəlik Sony IMX754 adlı 12 MP-lik telekamera daxil olacaq. Bu telekamera f/2.4 diafraqmalı olacaq və 67 mm fokus məsafəsinə sahib olacaq. Üstəlik telekamera 3 qat zoom imkanını özündə birləşdirəcək. Üçüncü arxa kamera Sony IMX854 adlı 50 MP-lik kamera olacaq. Bu kamera f/3.4 diafraqmalı olacaq. Dördüncü kamera ultra geniş bucaqlı kamera olacaq. Söhbət, Samsung ISOCELL S5KJN3 adlı 50 MP-lik ultra geniş bucaqlı kameradan gedir. İnsayderlərin sözlərinə əsasən Galaxy S25 Ultra özündə Samsung ISOCELL S5K3LU adlı 12 MP-lik ön kameranı birləşdirəcək və o, f/2.2 diafraqmalı olacaq. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra-nın Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
