main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın maketinin fotosu ortaya çıxıb

    Cihazlar+
    03.10.2024
    Emil Nəcəfov
         Samsung şirkəti aktiv şəkildə Galaxy S25 Ultra üzərində çalışmağa davam edir. İndi isə internetdə bu smartfonun maketinin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda maket həm ön həm də arxa paneldən sərgilənib. Fotodan da görmək olar ki, Galaxy S25 Ultra-nın dizaynı minimalistik olaraq qalacaq. Onun xarici görünüşü ümmumilikdə Galaxy S24 Ultra-nın xarici görünüşünə bənzəsə də, vacib bir fərq mövcuddur.
         Belə ki, Galaxy S24 Ultra ilə müqayisədə Galaxy S25 Ultra yastı gövdə dizaynını əldə edəcək və onun künc hissələri iti əvəzinə daha yuvarlaq formada olacaqlar. Məlumata əsasən fotodakı maketin uzunluğu 162.82 mm, eni 77.65 mm, gövdə qalınlığı isə 8.25 mm təşkil edir. Yeni smartfon Galaxy S24 Ultra-dan bir qıədər uzun və daha nazik olacaq. Gözləntilərə əsasən Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A56 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a56-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-chromebook-plus-noutbuku-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S26 smartfon seriyası bir modeldən məhrum ola bilər
    samsung-galaxy-s26-smartfon-seriyasi-bir-modelden-mehrum-ola-biler
    Nazik gövdəli Samsung Galaxy Fold 6 Special Edition bu ayın sonunda təqdim olunacaq
    nazik-govdeli-samsung-galaxy-fold-6-special-edition-bu-ayin-sonunda-teqdim-olunacaq
    Samsung Galaxy A16 smartfonunun 3 gövdə rəngində fotosu ortaya çıxıb
    samsung-galaxy-a16-smartfonunun-3-govde-renginde-fotosu-ortaya-cixib