Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın ölçüləri və gövdə qalınlığı açıqlanıb

    Cihazlar+
    09.09.2024
    Emil
          Samsung şirkətinin Galaxy S25 Ultra flaqman smartfonunu gələn ilin əvvəlində təqdim edəcəyinə baxmayaraq artıq indidən onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində Galaxy S25 Ultra-nın ölçüləri və gövdə qalınlığı barəsində məlumatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonu 162.8 mm uzunluğa, 77.6 mm enə və 8.2 mm gövdə qalınlığına sahib olacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24 Ultra-nın uzunluğu 162.3 mm, eni 79 mm, gövdə qalınlığı isə 8.6 mm təşkil edir. Yəni burdan da belə qənaətə gəlmək olar ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonu Galaxy S24 Ultra-dan bir qədər kompakt ölçülü və nazik olacaq. Gözləntilərə əsasən Galaxy S25 Ultra titan materialdan hazırlanmış gövdə ətrafı çərçivələri əldə edəcək və həm arxa həm də ön paneldən Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 8 Gen 4 for Galaxy prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Paylaş