
Samsung Galaxy S25 Ultra-nın ön panelini əks etdirən yeni render fotolar təqdim edilib
Cihazlar+
27.08.2024
Emil
Ice Universe ləqəbli məşhur insayder Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun yalnız ön paneli əks olunub və ön paneli 2 rakursdan görmək olar. Təqdim edilmiş render fotolara əsasən, Galaxy S24 Ultra ilə müqayisədə Galaxy S25 Ultra-nın gövdəsi iti küncləri deyil, yuvarlaq formalı küncləri əldə edəcək. Bununla yanaşı smartfonun ekranı olduqca nazik ətraf çərçivələri əldə edəcək. Son məlumat sızıntılarına əsasən Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq, özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.


Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
