Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra-nın S Pen stilusu bəzi funksiyalardan məhrum ola bilər

    Cihazlar+
    10.01.2025
    Emil
         Samsung 22 yanvar tarixində bu ilin ilk Galaxy Unpacked tədbirini keçirəcək və bu tədbir çərçivəsində Galaxy S25 smartfon seriyasını təqdim edəcək. Seriyaya Galaxy S25, S25+, S25 UltraS25 Slim modelləri daxil olacaqlar. İndi isə insayderlər Galaxy S25 Ultra modeli barəsində bir xəbəri veriblər. Onların sözlərinə əsasən Galaxy S25 Ultra-nın S Pen stilusu bəzi imkanlardan məhrum olacaqlar. Bu isə öz növbəsində smartfonun potensial alıcılarını məyus edə bilər.
         Məlumata əsasən Galaxy S25 Ultra-nın S Pen stilusu Bluetooth dəstəyinə sahib olmayacaq. Bu isə o deməkdir ki, stilus Air Actions və smartfon kamerasının uzaqdan idarəsi kimi funksiyalardan məhrum olacaq. Bu, smartfondan stilus vasitəsilə istifadənin rahatlığını aradan qaldıra bilər. Digər tərəfdən Samsung bu funksiyaların reallaşdırılması üçün Bluetooth əvəzinə digər naqilsiz texnologiyadan istifadə edə bilər. Buna misal olaraq UWB texnologiyasını gətirmək olar. Lakin bu barədə dəqiq bir məlumat yoxdur.
    Paylaş