
Samsung Galaxy S25 Ultra-nın S Pen stilusu Bluetooth funksiyalarından məhrum olub
Cihazlar+
23.01.2025
Emil
Samsung Galaxy S25 smartfonlarının təqdimatlarından bir neçə müddət öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S25 Ultra modelinin S Pen stilusu bəzi funksiyalarından məhrum ola bilər. İndi isə Galaxy S25 Ultra smartfonu artıq təqdim olunduğu üçün bu məlumat rəsmi şəkildə təsdiqlənib. Belə ki, Galaxy S25 Ultra-nın S Pen stilusu artıq Bluetooth funksiyaları dəstəkləmir. Bu, distant şəkildə bəzi funksiyaları S Pen vasitəilə işə salmağı sevən potensial alıcıları məyus edə biləcək bir xəbərdir.
Galaxy S25 Ultra istifadəçiləri smartfondakı kameranın distant şəkildə idarəsi və daha əvvəlki Galaxy S Ultra modellərində olmuş digər Bluetooth funksiyalardan yararlana bilməyəcəklər. Digər tərəfdən S Pen stilusundan Bluetooth komponentlərinin çıxarılması sayəsində Samsung şirkəti Galaxy S25 Ultra smartfonunu daha kompakt ölçüdə reallaşdıra və onun çəkisini bir qədər aşağı sala bilib. Bununla yanaşı bunun sayəsində smartfonun soyutma sistemi də yaxşılaşdırılıb.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
