
Samsung Galaxy S25 Ultra-nın yeni maket fotoları ortaya çıxıb
Cihazlar+
21.11.2024
Emil
Samsung-un Galaxy S25 smartfon seriyasının təqdimatı getdikcə yaxınlaşır. Belə ki, bu smartfon seriyasının gələn ilin yanvar ayında təqdim olunacağı gözlənilir. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. Son zamanlarda Galaxy S25 Ultra barəsində olduqca çoxlu sayda məlumat ortaya çıxıb. Məlum olub ki, sözügedən smartfonun yeni maket fotoları ortaya çıxıb. Ortaya çıxmış yeni maket fotolar Galaxy S25 Ultra barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyirlər.

Beləliklə fotolardan da görmək olar ki, Galaxy S25 Ultra-nın xarici görünüşündə çox kiçik dəyişiklik olacaq. Belə ki, yeni smartfon iti künc hissələr əvəzinə daha yuvarlaq künc hissələri əldə edəcək. Bu isə öz növbəsində smartfondan istifadə prosesini daha komfortlu etməlidir. Kameraların yerləşmə tərzi yeni smartfonda heç bir dəyişikliyə məruz qalmayacaq. Bu mövzuda smartfon daha öncəki Galaxy S Ultra modellərinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra-nın Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
