Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra olduqca nazik ekran ətrafı çərçivələri əldə edəcək

    Cihazlar+
    22.08.2024
    Emil
         Ice Universe ləqəbli məşhur insayder Samsung-un gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonu barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder sözügedən yeni smartfonun ölçüləri barəsində məlumatlar verib. Beləliklə insayderin sözlərinə əsasən Galaxy S25 Ultra-nın gövdəsinin eni 77.6 mm təşkil edəcək və bunun 73 mm-ni ekran sahəsi əhatə edəcək. Bu isə o deməkdir ki, Galaxy S25 Ultra-nın ekran ətrafı kənar çərçivələrinin qalınlıqları cəmi 2.3 mm təşkil edəcək.
         Məlumatda həmçinin qeyd edilib ki, smartfonun ekran ölçüsü 6.79 düym-dən 6.86 düym-ə kimi böyüyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy S24 Ultra-nın ekran ətrafı çərçivələrinin qalınlıqları 3.35 mm təşkil edir. Bu isə o deməkdir ki, Galaxy S25 Ultra-nın ekran ətrafı çərçivələri 30% daha nazik olacaqlar. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq, özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.
     
    Paylaş