
Samsung Galaxy S25 Ultra smartfonu 12 GB-dan daha böyük həcmdə RAM yaddaşını əldə edə bilər
Cihazlar+
31.07.2024
Emil
Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 Ultra smartfonu barəsində yeni məlumat internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumat Ice Universe ləqəbli məşhur insayder tərəfindən təqdim edilib və o, Galaxy S25 Ultra-nın əldə edəcəyi RAM yaddaşını əhatə edir. Beləliklə insayderin vermiş olduğu məlumata əsasən Samsung-un gələn ilin əvvəli üçün olacaq bu yeni smartfonu 12 GB RAM əvəzinə 16 GB RAM ilə təchiz olunacaq.
Məlumatda qeyd edilməsə də çox güman ki, Galaxy S25 Ultra-nın bütün versiyaları 16 GB həcmində RAM-ı əldə edəcəklər. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun həmçinin 6.9 düym ölçülü AMOLED ekranı əldə edəcəyi, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı, özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcəyi və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
