Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    06.01.2025
    Emil
         Bu ayın sonuna təqdimatı gözlənilən Samsung Galaxy S25 smartfon seriyasına daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. İndi isə məlum olub ki, sözügedən model Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench-in məlumatlar bazası bir daha təsdiqləyib ki, Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Heç istisna deyil ki, şirkət Galaxy S25 Ultra-nın 16 GB RAM-a sahib versiyasını da təqdim etsin. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3049 xal, çox nüvəli testi çərçivəsində isə 9793 xal toplayıb.
    Paylaş