Logo
    main-post-cover

    Samsung Galaxy S25 Ultra yeni nəsil ekran qoruyucusunu əldə edəcək

    Cihazlar+
    28.12.2024
    Emil
         Samsung-un gələn ayın sonuna yaxın Galaxy S25 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Bu seriyaya ənənə üzrə daxil olacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. İndi isə Ice Universe ləqəbli məşhur insayder Galaxy S25 Ultra-nın fərqləndirici özəlliklərindən biri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Galaxy S25 Ultra smartfonunun ekranı Corning şirkətinin yeni nəsil Gorilla Glass Armor qoruyucu şüşəsi ilə əhatə olunacaq.
         Qeyd etmək lazımdır ki, bu qoruyucu şüşə özündə antiblik örtüyü birləşdirir. Nəticədə smartfondan açıq havada istifadə daha rahat olur. Hal-hazırda birinci nəsil Gorilla Glass Armor qoruyucu şüşəsi yalnız bir smartfonda istifadə edilir. Söhbət, Galaxy S24 Ultra-dan gedir. Ice Universe ləqəbli məşhur insayder isə bildirib ki, yaxın zamanda təqdim olunacaq Galaxy S25 Ultra smartfonu ikinci nəsil Gorilla Glass Armor qoruyucu şüşəsini əldə edəcək. Gözləntilərə əsasən ikinci nəsil Gorilla Glass Armor qoruyucu şüşəsi cızıqlara daha dözümlü olacaqlar.
    Paylaş