
Samsung Galaxy S25 Ultra zəif işıqlı mühitdə yükək keyfiyyətli çəkiliş imkanına sahib olacaq
Cihazlar+
09.01.2025
Emil
Samsung artıq rəsmi şəkildə anons edib ki, Galaxy S25 smartfonların 22 yanvar tarixində təqdim olunacaqlar. Təqdimata az müddət qalmasına baxmayaraq sözügedən smartfonlar barəsində artıq çox şey məlumdur. Lakin bununla belə yeni məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Galaxy S25 seriyasına daxil olacaq Galaxy S25 Ultra modeli yaxşı işıqlandırılmamış mühitdə video çəkiliş keyfiyyətinin yüksəlməsinə nail olacaq.
İnsayder bildirib ki, bu, smartfonda istifadə ediləcək Snapdragon 8 Elite prosessoru sayəsində mümkün olacaq. Yəni başqa sözlə desək, bu, proqram təminatı səviyyəsində bir yenilik olmayacaq. Bu səbəbdən də onu sistem yenilənməsi üzərindən Galaxy S24 Ultra-da gözləmək lazım deyil. Bununla yanaşı insayder bildirib ki, yaxşı işıqlandırılmamış mühitdə video çəkiliş keyfiyyətinin yüksəlməsi imkanını yalnız Galaxy S25 smartfonları arasında yalnız Galaxy S25 Ultra modeli əldə edəcək. İnsayder əlavə edib ki, Galaxy S25 Ultra-nın 16 GB RAM-a sahib versiyası da olacaq. Lakin ola bilsin ki, o, bütün regionlarda satışa çıxmasın.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
