main-post-cover

    Samsung Galaxy S25 və S25+ smartfonları daha köhnə kamera sensorunu əldə edə bilərlər

    Cihazlar+
    19.12.2023
    Emil Nəcəfov
         Samsung Galaxy S24 smartfon seriyasının hələ təqdim olunmamasına baxmayaraq artıq indidən Galaxy S25 smartfon seriyası barəsində məlumatlar ortaya çıxır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S25 smartfonları Sony kameralarına keçid edəcəklər. İndi isə insayderlər bildiriblər ki, Galaxy S25 smartfonları əvvəlki kimi Samsung kameralarını əldə edəcəklər. Lakin bu mövzuda bir nüans var.
          Belə ki, insayderlərin sözlərinə əsasən Galaxy S25 və Galaxy S25+ modelləri Samsung şirkətinin ISOCELL GN3 adlı 50 MP-lik əsas arxa kameranı əldə edəcəklər. Sözügedən kamera sensoru 2021-ci ildə təqdim edilib. Galaxy S25 smartfonlarının isə 2025-ci ildə təqdim olunacaqlarını nəzərə alsaq, ISOCELL GN3 kamera sensorunun həmin vaxtda artıq 4 yaşı olacaq. Galaxy S25 smartfonlarının təqdimatlarına hələ çox zamanın olması səbəbilə şirkət onların final versiyalarındakı texniki özəlliklərdə dəyişikliklər edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A55 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a55-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung-un öz qarışıq reallıq (AR + VR) cihazını nə zaman təqdim edəcəyi məlum olub
    samsung-un-oz-qarisiq-realliq-ar-vr-cihazini-ne-zaman-teqdim-edeceyi-melum-olub
    Samsung Galaxy Xcover 7-nin batareya həcmi məlum olub
    samsung-galaxy-xcover-7-nin-batareya-hecmi-melum-olub
    Samsung Galaxy S24 Ultra-da 10 qat zoom-a sahib kamera olmaya bilər
    samsung-galaxy-s24-ultra-da-10-qat-zoom-a-sahib-kamera-olmaya-biler
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy F14 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-galaxy-f14-5g-ucun-istifadeye-verilib