Logo
    main-post-cover

    Samsung Galaxy S25 və S25+ smartfonlarının hansı gücdə sürətli şarj texnologiyalarının dəstəklərini əldə edəcəkləri məlum olub

    Cihazlar+
    23.09.2024
    Emil
         Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə məlum olub ki, Galaxy S25 və S25+ modelləri Çinin 3C adlı sertifikatlaşdırma idarəsində qeydiyyatdan keçiblər. Bunun sayəsində sözügedən Galaxy S25 modellərinin hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub. Beləliklə sertifikatlaşdırma idarəsinin məlumatlar bazasına əsasən adi Galaxy S25 modeli 25 vatt gücündə sürətli şarj texnologiyasını, Galaxy S25+ modeli isə 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
         Yəni bu mövzuda yeni smartfonlarda heç bir dəyişiklik olmayacaq. Belə ki, bu ilin əvvəlində təqdim edilmiş Galaxy S24S24+ smartfonları da eyni gücdə sürətli şarj texnologiyalarını dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, keçən həftə məlumat ortaya çıxdı ki, Galaxy S25 Ultra modeli Galaxy S24 Ultra-nın sürətli şarj texnologiyasını əldə edəcək. Yəni söhbət, 45 vatt gücündə sürətli şarj texnologiyasından gedir. Gözləntilərə əsasən Galaxy S25 modeli 4000 mAh, Galaxy S25+ modeli 4900 mAh, Galaxy S25 Ultra modeli isə 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş