
Samsung Galaxy S25+ və S25 Ultra-nın əks olunduğu foto təqdim edilib
Cihazlar+
19.12.2024
Emil
Məşhur insayder Evan Blass gələn ayın sonunda təqdimatları gözlənilən Galaxy S25+ və S25 Ultra smartfonlarının əks olunduqları fotonu təqdim edib. Təqdim edilmiş fotoda bu smartfonların ön panelləri əks olunub. Bu fotolar sözügedən smartfonların ekran ətrafı çərçivələrinin qalınlıqlarını müqayisə etməyə imkan verir. Fotoya əsasən Galaxy S25+ modelində ekran ətrafı çərçivələr simmetrik olduqları halda, S25 Ultra modelində çərçivələr simmetrik deyil. Belə ki, Galaxy S25 Ultra-nın ekran ətrafı yuxarı və kənar çərçivələri aşağı çərçivədən daha nazikdirlər. Bundan əlavə olaraq görmək olar ki, Ultra modeli iti künc hissələrə deyil, yuvarlaq künc hissələrə sahib olacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
