Logo
    main-post-cover

    Samsung Galaxy S26 AI fotoları avtomatik işarələyəcək

    Cihazlar+
    26.02.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Samsung-un yeni Galaxy S26 seriyası ilə birlikdə təqdim etdiyi yeniliklərdən biri də süni intellektlə yaradılan fotoların avtomatik şəkildə işarələnməsi olacaq. Şirkət Galaxy Unpacked 2026 tədbirində açıqlayıb ki, AI vasitəsilə yaradılmış və ya redaktə olunmuş şəkillər xüsusi etiketlə qeyd ediləcək.
    Samsung Unveils Galaxy S26 Series: The Most Intuitive Galaxy AI Phone Yet |  Samsung Mobile Press
        Yeni Samsung Galaxy S26 modellərində bütün foto və multimedia alətləri artıq ayrıca tətbiqlərdə deyil, vahid “Creative Studio” bölməsində birləşdiriləcək. İstifadəçilər burada şəkil çəkə, redaktə edə, keyfiyyəti artıra və hətta süni intellektlə yeni vizual məzmun yarada biləcəklər.
        Bununla belə, real foto üzərinə AI ilə yaradılmış elementlərin əlavə olunması saxta və manipulyativ görüntülərin yayılması riskini artırır. Bu səbəbdən Samsung şəffaflığı qorumaq üçün AI müdaxiləsi olan şəkilləri avtomatik olaraq işarələyəcək. AI etiketi fotonun aşağı küncündə yerləşəcək və “AI-generated content” (Süni intellektlə yaradılmış məzmun) kimi qeyd olunacaq. Beləliklə, istifadəçilər və izləyicilər görüntünün hansı hissəsinin süni intellekt tərəfindən yaradıldığını daha asan ayırd edə biləcəklər.
     
    Paylaş