
Samsung Galaxy S26 Edge smartfonunun ilk render fotoları təqdim edilib
Samsung şirkəti bu il nazik gövdəli Galaxy S25 Edge smartfonunu təqdim etdi. Şirkət gələn il bu ənənəni davam etdirməli və Galaxy S26 Edge modelini təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder hazırlanan Galaxy S26 Edge smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy S26 Edge modeli yastı gövdə dizaynını və fərqli arxa kamera sahəsini əldə edəcək. Belə ki, smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və o sahə yuxarı hissəni tamamilə əhatə edəcək. Kamera sahəsinin daxilində isə 2 ədəd kamera mövcud olacaq. Məlumata əsasən Galaxy S26 Edge smartfonunun gövdə qalınlığı 5.5 mm təşkil edəcək.



Paylaş