Samsung Galaxy S26 modellərinin gövdə qalınlıqları açıqlanıb
İnsayderlər Samsung-un flaqman smartfonu almağı düşünənlər üçün maraqlı insayder məlumatı yayıblar. İnsayderlərin məlumatına görə, koreyalı istehsalçı gələcək Galaxy S26 seriyasının smartfonlarının gövdələrini daha da incə edəcək. Belə ki:
- Galaxy S26 Pro modelinin qalınlığı 6.7 mm olacaq, halbuki mövcud Galaxy S25 modelində bu göstərici 7.2 mm-dir
- Galaxy S26 Edge gövdəsinin qalınlığı 5.5 mm olacaq, Galaxy S25 Edge isə 5.8 mm qalınlığa malikdir
- Ən üst model Galaxy S26 Ultra isə 7.8 mm qalınlıqda olacaq, S25 Ultra-da bu göstərici 8.2 mm-dir.
Galaxy S26 seriyasının təqdimatı 2026-cı ilin əvvəlində gözlənilir, lakin artıq 4 sentyabrda Samsung Galaxy Event 2025 keçiriləcək. Tədbirdə Galaxy S25 FE, Galaxy Tab S11 və Galaxy Tab S11 Ultra modelləri təqdim olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...