Logo
    main-post-cover

    Samsung Galaxy S26 seriyası gözləniləndən bir qədər gec təqdim oluna bilər

    Cihazlar+
    20.10.2025
    Emil
         Görünür, Samsung öz növbəti flaqman seriyası olacaq Galaxy S26-nın təqdimat qrafikini dəyişir. Yeni məlumat sızıntısına görə, şirkət təqdimatı ənənəvi 2026-cı ilin yanvar ayından mart ayına keçirməyi planlaşdırır. Buna səbəb kimi hazırlama və dizayn prosesindəki çətinliklər göstərilir, baxmayaraq ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur. Məlumata görə, Samsung artıq ən yüksək səviyyəli model olan Galaxy S26 Ultra-nın hazırlama prosesini tamamlayıb, lakin adi Galaxy S26 hələ hazır deyil. Bu, ümumi gecikmənin səbəbini izah edə bilər. Bununla belə, bu məlumatlara ehtiyatla yanaşmaq tövsiyə olunur, çünki gecikməyə dair hələ çox az detal məlumdur.
         Məlumatda qeyd olunub ki, Galaxy S26 Ultra 10-bit ekranla təchiz ediləcək və bu dəfə istehsalını Samsung-un özü həyata keçirəcəyi Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru vasitəsilə çalışacaq. Standart Galaxy S26 modeli isə yeni Exynos 2600 prosessoruna sahib olacaq, lakin bəzi regionlar üçün Snapdragon prosessoru ilə təchiz ediləcək versiyaların da mövcud olacağı ehtimal edilir. Gözləntilərə əsasən Galaxy S26 seriyasına üç model daxil olacaq: Galaxy S26, S26+ və S26 Ultra. Keçən həftə isə məlumat ortaya çıxdı ki, Samsung gələn il üçün nazik gövdəli Galaxy S26 Edge modelini hazırlamaqdan imtina edib. Belə ki, hal-hazırda aktual olan Galaxy S25 Edge modelinin satışları şirkəti qane etməyib.
    Paylaş