main-post-cover

    Samsung Galaxy S26 smartfon seriyası bir modeldən məhrum ola bilər

    Cihazlar+
    02.10.2024
    Emil Nəcəfov
         Samsung Galaxy S25 smartfon seriyasının hələ təqdim olunmamasına baxmayaraq artıq indidən Galaxy S26 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy S26 smartfon seriyasında modellərin sayı mövzusunda ciddi dəyişiklik edə bilər. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən şirkət Galaxy S26 seriyasında adi Galaxy S26 modelini təqdim etməyə bilər. Bu halda şirkət öz əsas diqqətini yalnız Galaxy S26+S26 Ultra modellərinə yönəldəcək.
    Bunun səbəbi adi Galaxy S modelinin OPPOvivo kimi şirkətlərin oxşar səviyyədə smartfonları ilə rəqabət apara bilməməsindədir. Adları sadalanmış şirkətlər kompakt ölçüyə sahib olduqca performanslı smartfonları istehsal edirlər. Bu isə öz növbəsində adi Galaxy S modellərinin onlarla rəqabətini qəlizləşdirir. Qeyd etmək lazımdır ki, Samsung buna bənzər addımı artıq atıb. Belə ki, keçən həftə təqdim edilmiş Galaxy Tab S10 planşet seriyasına yalnız Galaxy Tab S10+Tab S10 Ultra modelləri daxil oldular. Bununla yanaşı daha aşağı satış qiyməti müqabilində flaqman funksiyaları təklif edən Galaxy S FE smartfonları da adi Galaxy S smartfonlarını mənasız vəziyyətə salırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nazik gövdəli Samsung Galaxy Fold 6 Special Edition bu ayın sonunda təqdim olunacaq
    nazik-govdeli-samsung-galaxy-fold-6-special-edition-bu-ayin-sonunda-teqdim-olunacaq
    Samsung Galaxy A16 smartfonunun 3 gövdə rəngində fotosu ortaya çıxıb
    samsung-galaxy-a16-smartfonunun-3-govde-renginde-fotosu-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra-nın maksimal RAM yaddaşı məlum olub
    samsung-galaxy-s25-ultra-nin-maksimal-ram-yaddasi-melum-olub
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetleri-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-s24-fe-resmi-sekilde-teqdim-olunub-qiymeti