Logo
    main-post-cover

    Samsung Galaxy S26 smartfon seriyasında Exynos prosessorunun istifadəsi gözlənilir

    Cihazlar+
    10.02.2025
    Emil
         Yeni məlumatlar Samsung-un Exynos 2600 prosessorunun inkişafında ciddi irəliləyiş əldə etdiyini və Galaxy S26 seriyasında yenidən öz prosessorlarından stifadə edə biləcəyini göstərir. Cənubi Koreyanın The Bell nəşrinin məlumatına görə, 2 nanometrlik texnoloji prosesi əsasında hazırlanan Exynos 2600 prosessorunun istehsalı əvvəlki Exynos 2500 ilə müqayisədə daha yaxşı nəticələr göstərir və test mərhələsində 30%-lik uğurlu məhsuldarlığa çatıb.
         Bu, əhəmiyyətli bir irəliləyişdir, çünki Exynos 2500 prosessorunun aşağı məhsuldarlığı səbəbindən o, Galaxy S25 seriyasında istifadə edilmədi. Əvvəllər bildirilmişdi ki, Exynos 2500 prosessoru aşağı məhsuldarlığa malik idi və istehsal olunan prosessorların cəmi 20%-i yararlı çıxırdı. Halbuki, kütləvi istehsal üçün minimal göstərici 60% olmalıdır. Buna görə də, nəticədə Samsung, Galaxy S25 seriyasının bütün modellərində Snapdragon 8 Elite prosessorundan istifadə etdi.
         Samsung, Exynos 2600 çipinin kütləvi istehsalına 2025-ci ilin ikinci yarısında start verməyi planlaşdırır. Bu yeni prosessorun performansının 12%, enerji effektivliyinin isə 25% artacağı gözlənilir. Əgər hər şey planlaşdırıldığı kimi getsə, Galaxy S26 modelləri bu prosessorla təchiz edilə bilər. Bu da Samsung-a məhsulun qiymətini azaltmağa və mənfəətliliyi artırmaq imkanı verəcək.
    Mənbə: The Bell
    Paylaş