Logo
    main-post-cover

    Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər

    Cihazlar+
    11.02.2025
    Emil
         Samsung Galaxy S25 seriyası yeni prosessorlar və digər təkmilləşdirmələrlə gəlsə də, əvvəlki nəsildən kiçik tutumlu köhnəlmiş batareyaları miras alıb. Lakin FNNews nəşrinin məlumatına görə, gələn il vəziyyət yaxşılığa doğru dəyişəcək. Mənbə iddia edir ki, Galaxy S seriyasının yeni modelləri artıq litium-ion deyil, daha yüksək enerji sıxlığına malik silisium-karbon batareyalar ilə təchiz ediləcək.
         Bu yenilik batareyanın enerji tutumunu 6000-7000 mAh səviyyəsinə qədər artırmağa imkan verəcək. Eyni zamanda bu cür batareyalar cihazların gövdə qalınlıqlarına təsir göstərməyəcək. Hələlik, Samsung yeni nəsil batareyaların istifadəsi ilə bağlı rəsmi açıqlama verməyib. Bununla yanaşı, nəşr qeyd edib ki, bu tip enerji elementləri daha yaxşı performans təmin etsə də, onların tətbiqi smartfonların qiymətinin artmasına səbəb ola bilər.
    Mənbə: GSMarena
    Paylaş