
Samsung Galaxy S27 Ultra-da S Pen stilusundan imtina edə bilər
Cihazlar+
23.06.2025
Emil
Samsung Galaxy S27 smartfon seriyasını 2027-ci ildə təqdim edəcək. Yəni bu smartfon seriyasının təqdimatına hələ uzun müddət var. Təbii ki, seriyaya böyük ehtimal ilə ənənə üzrə daxil olacaq modellərdən biri də Galaxy S27 Ultra olacaq. Smartfonun təqdimatına hələ uzun müddət qalmasına baxmayaraq insayderlər artıq onun barəsində bəzi məlumatları bölüşməyə başlayıblar. Belə ki, insayderlərin vermiş olduqları məlumata inansaq, Samsung şirkəti Galaxy S27 Ultra modelində S Pen stilusundan imtina edəcək.

Məlumatda qeyd edilib ki, bu qərar smartfonun daxili sahəsinin daha böyük həcmli batareya üçün genişləndirilməsi ilə bağlıdır. Bu üsul ilə şirkət artıq uzun illərdir olan 5000 mAh-lıq batareya həcmi sərhədini geridə buraxmaq istəyir. Qeyd etmək lazımdır ki, Samsung daha öncə bu cür addımı Galaxy S21 Ultra modelində atmışdı. Sözügedən modeldə S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi giriş hissə yox idi. Lakin bununla belə smartfon stilus dəstəyini özündə birləşdirirdi. Gözləntilərə əsasən Galaxy S27 Ultra üçün S Pen stilusu ayrıca satılacaq.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
