Logo
    main-post-cover

    Samsung Galaxy Tab A11 4G planşeti Geekbench testlərindən keçib

    Cihazlar+
    02.09.2025
    Emil
         Samsung şirkəti yeni orta büdcəli planşetini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy Tab A11 4G-dən gedir. İndi isə məlum olub ki, təqdimata hazırlaşan bu yeni planşet Geekbench testlərindən keçib. Bunun sayəsində planşet barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy Tab A11 4G-nin sahib olduğu prosessor özündə 6 ədəd 2.0 GHz-lik nüvəni və 2 ədəd 2.2 GHz-lik nüvəni birləşdirir. Bu isə öz növbəsində MediaTek Helio G99 prosessoruna işarə edir. Qeyd etmək lazımdır ki, Galaxy Tab A9 planşetində bu prosessordan istifadə edilir. Geekbench testlərindən Galaxy Tab A11 4G-nin 4 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, yeni planşet qutudan Android 15-i əldə edəcək. Beləliklə planşet Geekbench-in birnüvəli testi çərçivəsində 729 xal, çoxnüvəli testi çərçivəsində isə 1962 xal toplayıb.
    Paylaş