
Samsung Galaxy Tab Active 5 Pro planşetinin real fotosu ortaya çıxıb
Cihazlar+
08.12.2023
Emil
Dözümlü gövdəyə sahib Samsung Galaxy Tab Active 5 Pro planşetinin real fotosu internetdə ortaya çıxıb. Fotodan da görmək olar ki, sözügedən planşet sadə dizayna sahib olacaq. O özündə geniş çərçivələrə sahib böyük olmayan ekranı birləşdirəcək. Ön panelin aşağı çərçivəsində 3 ədəd fiziki düymə yerləşəcək. Məlumata əsasən Galaxy Tab Active 5 Pro planşeti 18 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Planşetin digər texniki göstəriciləri barəsində bir məlumat yoxdur. Onun nə zaman təqdim olunacağı da bilinmir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
