Samsung Galaxy Tab S10 Lite planşeti təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Tab planşet seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy Tab S10 Lite planşetindən gedir. Beləliklə bu yeni planşet 2112x1320 piksel keyfiyyətli 10.9 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Üstəlik ekran S Pen stilusunun dəstəyinə də sahibdir. Planşetin gövdə qalınlığı 6.6 mm, çəkisi isə 524 qram təşkil edir. Planşet Exynos 1380 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Tab S10 Lite özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin audio sistemi qismində 2 ədəd səsgücləndirici çıxış edir. Galaxy Tab S10 Lite 5 sentyabr tarixində satışa çıxacaq və onun qiyməti 399 avrodan start götürəcək.
Paylaş
Bənzər xəbərlər