
Samsung Galaxy Tab S10 planşet seriyasına yalnız iki model daxil ola bilər
Cihazlar+
06.08.2024
Emil
Samsung bu ilin sonuna kimi Galaxy Tab S10 planşet seriyasını təqdim etməlidir. Daha öncə düşünülürdü ki, bu planşet seriyasına 3 model daxil olacaq. Galaxy Tab S10, Tab S10+ və Tab S10 Ultra. Lakin ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti Galaxy Tab S10 planşetlərinin say məsələsində planlarını dəyişib. Belə ki, məlumata əsasən şirkətin yeni planşet seriyasına iki model daxil olacaq. Galaxy Tab S10+ və Tab S10 Ultra. IMEI məlumatlar bazasına və Geekbench testlərinə əsasən Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaqlar.
Məlumatda qeyd edilib ki, sözügedən prosessor sayəsində Galaxy Tab S10+ modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 2163 xal, çox nüvəli testi çərçivəsində isə 7186 xal toplayır. Galaxy Tab S10 Ultra modelinə gəldikdə isə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 2070 xal, çox nüvəli testi çərçivəsində isə 6927 xal toplayır. Həmçinin məlumatda qeyd edilib ki, bu iki planşet 12/16 GB RAM ilə 1 TB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Adi Galaxy Tab S10 modelinin isə şirkət tərəfindən nəyə görə ləğv edildiyi məlum deyil.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
