main-post-cover

    Samsung Galaxy Tab S10 planşet seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    11.07.2024
    Emil Nəcəfov
         Samsung-un dünən baş tutmuş Galaxy Unpacked 2024 təqdimat tədbiri çərçivəsində Galaxy Tab S10 planşet seriyası təqdim olunmadı. Bu isə Samsung pərəstişkarlarında Galaxy Tab S10 planşetlərinin nə zaman təqdim olunacaqları sualının yaranmasına səbəb oldu. Ortaya çıxmış yeni məlumat bu məsələyə aydınlıq gətirib. Belə ki, yeni məlumata əsasən Galaxy Tab S10 planşet seriyası bu ilin sonuna kimi təqdim olunacaq.
          Daha öncə ortaya çıxmış bəzi məlumatlarda bu planşet seriyasının 2025-ci ildə təqdim olunma mümkünlüyü qeyd edilmişdi. Yeni məlumatda isə bu fikir təkzib edilib. Galaxy Tab S10 planşetlərinin konkret olaraq nə zaman təqdim olunacaqları bilinmir. Çox güman ki, bu, payız fəslində baş tutacaq. Galaxy Tab S10 planşetlərinin xarici görünüş mövzusunda keçən ilki Galaxy Tab S9 planşetlərinin dizaynlarını özlərində qoruyub saxlayacaqları gözlənilir. Üstəlik bu planşet seriyasına daxil olacaq bəzi modellər MediaTek prosessorunu əldə edə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
    honor-sirketi-galaxy-z-fold-6-nin-qalinligi-baresinde-samsung-u-trollayib
    Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır
    orta-budceli-samsung-galaxy-m55s-smartfonu-teqdimata-hazirlasir
    Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
    galaxy-ai-ekosistemi-ilin-sonuna-kimi-200-milyon-eded-samsung-smartfonunda-ise-dusecek
    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-buds-3-ve-buds-3-pro-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-7-ve-galaxy-watch-ultra-smart-saatlari-teqdim-edilib-qiymeti