Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10 planşetləriu müxtəlif prosessorlara sahib ola bilərlər

    Cihazlar+
    27.03.2024
    Emil
         Samsung şirkəti özünün Galaxy S smartfon seriyasında müxtəlif prosessorlardan istifadə edir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət bu strategiyanı həmçinin Galaxy Tab planşet seriyasının flaqman modellərində də istifadə edə bilər. Qeyd etmək lazımdır ki, Samsung bu il ərzində Galaxy Tab S10 planşet seriyasını təqdim etməlidir. Çox güman ki, şirkət məhz sözügedən planşet seriyasında müxtəlif prosessorlardan istifadə edəcək. Gözləntilərə əsasən bu planşet seriyasının adi modelləri Exynos 2400 prosessoru, Galaxy Tab S10 Ultra modeli isə Snapdragon 8 Gen 3 for Galaxy prosessoru ilə təchiz olunacaq. Galaxy Tab S10 planşet seriyasını yaxın zamanda gözləmək lazım deyil. Belə ki, onun yay fəslində təqdim olunacağı gözlənilir.
    Paylaş