
Samsung Galaxy Tab S10 Ultra planşeti Geekbench testlərindən keçib
Cihazlar+
22.07.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, bu il ərzində təqdim ediləcək Samsung Galaxy Tab S10 planşet seriyasının bütün modelləri MediaTek prosessoru vasitəsilə çalışacaqlar. İndi isə bu məlumatı təsdiqləyən fakt ortaya çıxıb. Belə ki, Galaxy Tab S10 seriyasına daxil olacaq Galaxy Tab S10 Ultra modeli Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazası sayəsində məlum olub ki, Galaxy Tab S10 Ultra planşeti MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, Galaxy Tab S10 Ultra qutudan Android 14 vasitəsilə çalışacaq. Planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 2141 xal, çox nüvəli testi çərçivəsində isə 5533 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
