Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10 Ultra planşetinin render fotoları təqdim edilib

    Cihazlar+
    24.06.2024
    Emil
         Heç sirr deyil ki, Samsung şirkəti hal-hazırda Galaxy Tab S10 planşet seriyası üzərində çalışır və bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy Tab S10 Ultra olacaq. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headline saytı ilə birlikdə Galaxy Tab S10 Ultra-nın render fotolarını təqdim edib. Fotolara əsasən yeni planşet xarici görünüşcə hal-hazırda aktual olan Galaxy Tab S9 Ultra-ya bənzəyəcək. Gözləntilərə əsasən Galaxy Tab S10 Ultra planşeti metal materialdan hazırlanmış gövdəni əldə edəcək və gövdənin özü sudan qorunma özəlliyinə sahib olacaq.
         Planşetin ölçülərində hər hansısa dəyişikliyin olacağı gözlənilmir. Planşetin 14.6 düym ölçülü AMOLED ekranla təchiz olunacağı və Snapdragon 8 Gen 4 və ya Snapdragon X Elite prosessoru vasitəsilə çalışacağı güman edilir. Təqdim edilmiş render fotolara əsasən planşet ikili arxa kameranı əldə edəcək. Bundan əlavə olaraq planşetin gövdəsi S Pen stilusunun bərkidilməsi üçün maqnit sahəyə sahib olacaq. Galaxy Tab S10 planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir. Lakin çox güman ki, təqdimat bu ilin sonuna kimi baş tutacaq.
    Paylaş