main-post-cover

    Samsung Galaxy Tab S10+ və S10 Ultra planşetlərinin vacib özəllikləri məlum olub

    Cihazlar+
    19.08.2024
    Emil Nəcəfov
         Hələ təqdim olunmamış Samsung Galaxy Tab S10 planşet seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən planşet seriyasının bəzi modelləri Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıblar. Söhbət, SM-X820 model nömrəsinə sahib Galaxy Tab S10+ SM-X926C model nömrəsinə sahib Galaxy Tab S10 Ultra-dan gedir. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında bu planşetlərin texniki imkanları əks olunmasa da onların hansı gücdə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəkləri qeyd edilib. Beləliklə məlumata əsasən adları sadalanmış bu planşetlər 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəklər. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Tab S9+Tab S9 Ultra modelləri də 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin yaxın zamanda təqdimatı bir daha təsdiqlənib
    samsung-galaxy-s24-fe-nin-yaxin-zamanda-teqdimati-bir-daha-tesdiqlenib
    Büdcəli Samsung Galaxy A06 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-samsung-galaxy-a06-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S25 Ultra-nın ilk render fotosu təqdim edilib
    samsung-galaxy-s25-ultra-nin-ilk-render-fotosu-teqdim-edilib
    Samsung Galaxy S24 FE-nin nə zaman təqdim olunacağı açıqlanıb
    samsung-galaxy-s24-fe-nin-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Samsung Galaxy A16-nın nə zaman təqdim olunacağı açıqlanıb
    samsung-galaxy-a16-nin-ne-zaman-teqdim-olunacagi-aciqlanib