main-post-cover

    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.09.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy S24 FE smartfonu ilə yanaşı öz yeni flaqman planşetlərini də təqdim edib. Söhbət, Galaxy Tab S10+ Tab S10 Ultra-dan gedir. Bu planşetlər həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birilərindən fərqlənirlər. Xarici görünüşdə fərq ondan ibarətdir ki, Galaxy Tab S10 Ultra modelinin ekranı üzərində çıxıntı hissə mövcuddur. Galaxy Tab S10+ modeli 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2800x1752 piksel keyfiyyətli 12.4 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub.
         Galaxy Tab S10 Ultra modelinə gəldikdə isə o, 60 Hz-dən 120 Hz-də kimi təsvir yenilənməsinə sahib 2960x1848 piksel keyfiyyətli 14.6 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunub. Hər iki planşet MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır. Hər iki planşet 12 GB RAM-ı və 256/512 GB daxili yaddaş həcmini əldə etsə də, Galaxy Tab S10 Ultra modeli üstəlik 16 GB RAM-a və 1 TB-lıq daxili yaddaş həcminə sahib versiyada da təqdim edilib. Kameralar mövzusunda planşetlər 13 MP + 8 MP ikili arxa kamera ilə təchiz olunublar.
         Ön kameralar məsələsində Galaxy Tab S10+ modeli 12 MP-lik ön kameraya, Galaxy Tab S10 Ultra modeli isə 12 MP + 12 MP ikili ön kameraya sahibdir. Batareyaya gəldikdə, Galaxy Tab S10+ modeli 10 090 mAh enerji tutumlu batareyanı, Galaxy Tab S10 Ultra modeli isə 11 200 mAh enerji tutumlu batareyanı əldə edib. Hər iki planşet 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Planşetlər Galaxy S24 smartfonları kimi 7 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcəklər. Samsung-un bu yeni planşetləri 3 oktyabr tarixində satışa çıxacaqlar. Galaxy Tab S10+ modelinin qiyməti 1119 avrodan, Galaxy Tab S10 Ultra modelinin qiyməti isə 1339 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-s24-fe-resmi-sekilde-teqdim-olunub-qiymeti
    Samsung Galaxy S24 FE-ni hər tərəfdən sərgiləyən yeni reklam videosu təqdim edilib
    samsung-galaxy-s24-fe-ni-her-terefden-sergileyen-yeni-reklam-videosu-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra ilk dəfə Geekbench testlərindən keçib
    samsung-galaxy-s25-ultra-ilk-defe-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S24 FE-nin ön sifarişinə start verilib
    samsung-galaxy-s24-fe-nin-on-sifarisine-start-verilib
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin satış qiymətləri rəsmi saytda ortaya çıxıb
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetlerinin-satis-qiymetleri-resmi-saytda-ortaya-cixib