Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin bütün texniki imkanları promo foto vasitəsilə məlum olub
Cihazlar+
17.09.2024
Emil Nəcəfov
Samsung şirkəti yaxın zamanda Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərini təqdim edəcək. İndi isə internetdə bu planşetlərin bütün texniki göstəricilərini özündə birləşdirən promo foto ortaya çıxıb. Beləliklə ortaya çıxmış promo fotoya əsasən Galaxy Tab S10+ modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800x1752 piksel keyfiyyətli 12.4 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 650 nit təşkil edəcək. Galaxy Tab S10 Ultra modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2960x1848 piksel keyfiyyətli 14.6 düym ölçülü Dynamic AMOLED 2X ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 930 nit təşkil edəcək.
Hər iki planşet MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Galaxy Tab S10+ modeli 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini, Galaxy Tab S10 Ultra modeli isə 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda hər iki planşet 13 MP + 8 MP ikili arxa kameranı əldə edəcək. Galaxy Tab S10+ modeli 12 MP-lik ön kameranı, Galaxy Tab S10 Ultra modeli isə 12 MP + 12 MP ikili ön kameranı əldə edəcək. Batareya mövzusunda Galaxy Tab S10+ modeli 10 090 mAh enerji tutumlu batareya, Galaxy Tab S10 Ultra modeli isə 11 200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər iki planşet 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək və özündə IP68 standartı üzrə sudan qorunma özəlliyini birləşdirəcək.
Linki kopyala
samsung galaxy tab s10 ultra
galaxy tab s10 ultra
samsung
samsung galaxy tab s10 plus
galaxy tab s10 plus
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib
Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib.
Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq
Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq
Samsung şirkəti Galaxy S25 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Təqdim ediləcək Galaxy S25 smartfonları Galaxy S seriyasının ən nazik gövdəli smartfonları ola bilərlər.
Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F05-dən gedir. Samsung-un bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti hal-hazırda burula bilən ekrana sahib smartfon üzərində çalışır və hazırlanan bu smartfon artıq gələn il satışa çıxa bilər.
Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq
Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunun dizayn mövzusunda Galaxy S24 Ultra-dan bir qədər fərqlənəcəyi gölzənilir.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!