Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin render fotoları təqdim edilib

    Cihazlar+
    22.08.2024
         Android Headlines saytı Samsung şirkətinin təqdim edəcəyi Galaxy Tab S10+Tab S10 Ultra planşetlərinin render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri xarici görünüşcə Galaxy Tab S9+ Tab S9 Ultra modellərindən fərqlənməyəcək. Yeni planşetlər böyük ölçülü ekranları və S Pen stilus dəstəyini əldə edəcəklər. Bununla yanaşı Galaxy Tab S10 Ultra modelinin ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşəcək. Bəzi məlumatlara əsasən Galaxy Tab S10+ modeli MediaTek Dimensity 9300 prosessoru, Galaxy Tab S10 Ultra modeli isə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq bu planşetlərin 45 vatt gücündə sürətli şarj texnolgoiyasını dəstəkləyəcəkləri gözlənilir. Galaxy Tab S10 planşet seriyasının payız fəslində təqdim ediləcəyi güman edilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin render fotoları təqdim edilib | Technote