
Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin satış qiymətləri ortaya çıxıb
Samsung şirkəti Galaxy Tab S10 planşetlərini hələ anons etməməsinə baxmayaraq planşetlər barəsində məlumatlar ortaya çıxmağa davam edir. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Samsung-un yeni planşet seriyasına iki model daxil olacaq. Galaxy Tab S10+ və Galaxy Tab S10 Ultra. Bu dəfə sözügedən planşetlərin qiymətləri ortaya çıxıb. Məlumata əsasən hər iki planşetin 256/512 GB daxili yaddaş həcminə sahib variantlarda olacaqlarına baxmayaraq Galaxy Tab S10 Ultra modelinin həmçinin 1 TB daxili yaddaş həcminə sahib versiyası da satışa çıxacaq. Beləliklə bu planşetlərin satış qiymətləri aşağıdakı kimi olacaq.
Galaxy Tab S10+ (Wi-Fi):
- 12 GB RAM + 256 GB yaddaş - 1260 avro
- 12 GB RAM + 512 GB yaddaş - 1390 avro
Galaxy Tab S10+ (5G):
- 12 GB RAM + 256 GB yaddaş - 1410 avro
- 12 GB RAM + 512 GB yaddaş - 1517 avro
Galaxy Tab S10 Ultra (Wi-Fi):
- 12 GB RAM + 256 GB yaddaş - 1496 avro
- 12 GB RAM + 512 GB yaddaş - 1624 avro
- 16 GB RAM + 1 TB yaddaş - 1956 avro
Galaxy Tab S10 Ultra (5G):
- 12 GB RAM + 256 GB yaddaş - 1657 avro
- 12 GB RAM + 512 GB yaddaş - 1785 avro
- 16 GB RAM + 1 TB yaddaş - 2116 avro.
Paylaş