Logo
    main-post-cover

    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin satış qiymətləri rəsmi saytda ortaya çıxıb

    Cihazlar+
    25.09.2024
    Emil
         Samsung şirkəti yaxın zamanda Galaxy Tab S10+Tab S10 Ultra planşetlərini təqdim etməlidir. İndi isə məlum olub ki, şirkətin saytının ABŞ üzrə versiyasındakı bu planşetlərin ön sifariş səhifəsində onların qiymətləri qeyd edilib. Saytın ön sifariş səhifəsindəki məlumata əsasən Galaxy Tab S10+ planşetinin 256 GB daxili yaddaş həcminə sahib versiyası 1000$-a satılacaq. Galaxy S10 Ultra modelinə gəldikdə isə onun 256 GB yaddaşa sahib versiyası 1199$-a, 512 GB yaddaşa sahib versiyası 1319$-a, 1 TB yaddaşa sahib versiyası isə 1619$-a satılacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Samsung-un bu yeni planşetlərinin satışlarına 4 oktyabr tarixində start veriləcək.
    Paylaş