Samsung Galaxy Unpacked tədbirinin tarixini rəsmi açıqladı
Samsung uzun müddətdir gündəmdə olan şayiələrə son qoyaraq növbəti Galaxy Unpacked təqdimat tədbirinin 22 iyul tarixində keçiriləcəyini rəsmi təsdiqləyib. Tədbir Londonda baş tutacaq və Bakı vaxtı ilə axşam saatlarında canlı yayımlanacaq. İzləyicilər təqdimatı Samsung-un rəsmi saytı və YouTube kanalı vasitəsilə izləyə biləcəklər.
Şirkətin açıqlamasına görə, tədbirdə əsas diqqət yeni nəsil qatlanan Galaxy cihazlarına yönələcək. Məlumata əsasən, bu il Samsung iki deyil, üç yeni qatlanan smartfon təqdim etməyə hazırlaşır. Bunların Galaxy Z Flip 8, Galaxy Z Fold 8 və Galaxy Z Fold 8 Ultra olacağı gözlənilir.
Sızan məlumatlara görə, Galaxy Z Fold 8 əvvəlki modellərlə müqayisədə daha qısa və daha enli dizayna sahib olacaq. Galaxy Z Fold 8 Ultra isə ötən il təqdim edilən Galaxy Z Fold 7 modelinin daha təkmilləşdirilmiş versiyası kimi təqdim ediləcək.
Bununla yanaşı, tədbirdə ən azı iki yeni Galaxy Watch ağıllı saatının nümayiş olunacağı gözlənilir. Samsung-un uzun müddətdir üzərində çalışdığı ilk ağıllı eynəyinin də burada təqdim ediləcəyi və cihazın Galaxy Glasses adı ilə satışa çıxacağı ehtimal edilir.
Paylaş