Logo
    main-post-cover

    Samsung Galaxy Watch ilə huş itirməni əvvəlcədən proqnozlaşdırdı

    Cihazlar+
    07.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Samsung ağıllı saatları gələcəkdə istifadəçilərin huşunu itirməsini əvvəlcədən proqnozlaşdıra bilər. Şirkət bildirib ki, onun Galaxy Watch 6 modeli üzərində aparılan yeni araşdırma “vasovagal sinkop” (VVS) adlanan ən geniş yayılmış bayılma növünü yüksək dəqiqliklə əvvəlcədən təxmin edə bilir.
    Смарт-часы Samsung Galaxy Watch6 SM-R940NZKACIS Graphite Купить в Баку в  кредит 0% ✓ Низкие цены
        VVS adətən həyati təhlükəli hesab olunmasa da, qəfil baş verdiyi üçün insanların yıxılıb ciddi xəsarət almasına səbəb ola bilir. Xüsusilə baş nahiyəsindən zərbə alma, beyin silkələnməsi və digər travmalar əsas risklər sırasındadır. Samsung isə düşünür ki, ağıllı saatlar bu cür halların qarşısını almaqda mühüm rol oynaya bilər.
        Araşdırma Cənubi Koreyanın Chung-Ang University Gwangmyeong Hospital ilə birgə həyata keçirilib və nəticələri nüfuzlu European Heart Journal jurnalında dərc olunub. Tədqiqat zamanı huşunu itirmə simptomları olan 132 nəfər üzərində testlər aparılıb. Galaxy Watch-un PPG sensoru vasitəsilə istifadəçilərin ürək ritmi və ürək döyüntüsü dəyişiklikləri izlənilib. Daha sonra isə bu məlumatlar süni intellekt alqoritmi ilə analiz edilib.
        Nəticələrə görə sistem bayılma riskini təxminən 5 dəqiqə əvvəl müəyyən edə bilib. Samsung bildirir ki, texnologiya 84,6 faiz ümumi dəqiqlik göstəricisi əldə edib. Bu isə istifadəçiyə əvvəlcədən oturmaq, uzanmaq və ya yardım çağırmaq üçün vaxt qazandıra bilər. Şirkətin Sağlamlıq Araşdırmaları bölməsinin rəhbəri Jongmin Choi bildirib ki, bu texnologiya səhiyyənin “müalicə sonrası” modeldən “profilaktik və önləyici” modelə keçidinə nümunədir. Samsung bunu “bayılmanın proqnozlaşdırılmasında dünyada ilk irəliləyişlərdən biri” kimi qiymətləndirir.
     
    Paylaş