main-post-cover

    Samsung Galaxy Watch Ultra-nın mövcudluğu şirkət tərəfindən təsdiqlənib

    Cihazlar+
    24.06.2024
    Emil Nəcəfov
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Samsung şirkəti Galaxy Watch Ultra smart saatını təqdim etməlidir. İndi isə sözügedən smart saatın mövcudluğu şirkət tərəfindən təsdiqlənib. Belə ki, Samsung-un saytında Galaxy Watch Ultra adının əks olunduğu səhifə ortaya çıxıb. Şirkət tez zamanda həmin səhifəni silsə də onun screenshot fotosu artıq internetdə yayılıb. Artıq internetdə yayılmış screenshot fotoya əsasən Galaxy Watch Ultra smart saatı SM-L705F model nömrəsinə sahibdir və o özündə LTE dəstəyini birləşdirəcək. Bununla yanaşı məlum olub ki, smart saat 47 mm ölçüdə gövdəni əldə edəcək. Bəzi məlumatlara əsasən Galaxy Watch Ultra-nın əsas fərqləndirici özəlliklərindən biri də o olacaq, o, titan materialdan hazırlanmış çərçivəyə sahib olacaq. Qeyd etmək lazımdır ki, keçən həftə məşhur insayderlərdən biri Galaxy Watch Ultra-nın render fotolarını təqdim etmişdi. Galaxy Watch Ultra-nın yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A14 və Galaxy M04 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a14-ve-galaxy-m04-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy Ring smart üzüyünün şarj keysi sərgilənib
    samsung-galaxy-ring-smart-uzuyunun-sarj-keysi-sergilenib
    Samsung Galaxy Watch Ultra-nın render fotoları təqdim edilib
    samsung-galaxy-watch-ultra-nin-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S24 FE-nin render fotoları təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 bütün regionlarda Snapdragon prosessorunu əldə edə bilər
    samsung-galaxy-s25-butun-regionlarda-snapdragon-prosessorunu-elde-ede-biler