
Samsung Galaxy Xcover 7-nin batareya həcmi məlum olub
Cihazlar+
15.12.2023
Emil
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Samsung şirkəti hal hazırda dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxdığı məlum olub. Bunun sayəsində smartfonun hansı həcmdə batareyaya və hansı gücdə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacağı məlum olub. Beləliklə məlumata əsasən Galaxy Xcover 7 smartfonu 3950 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 25 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon 5G dəstəyinə sahib olacaq və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirəcək. Galaxy Xcover 7-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
