Logo
    main-post-cover

    Samsung Galaxy Xcover 7 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    17.11.2023
         Biz artıq xəbər vermişik ki, Samsung şirkəti hal hazırda yüksək dözümlü gövdəyə sahib olacaq Galaxy Xcover 7 smartfonu üzərində çalışır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Beləliklə Geekbench testlərinə əsasən Galaxy Xcover 7 smartfonu 8 nüvəli MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 6 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu smarton Android 14 əməliyyat sisteminə sahib olacaq. Galaxy Xcover 7 Geekbench-in bir nüvəli testi çərçivəsində 663 xal, çox nüvəli testi çərçivəsində isə 1867 xal toplayıb. Smartfonun gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...