Logo
    main-post-cover

    Samsung Galaxy Xcover smartfon seriyasının yeni modeli üzərində çalışır

    Cihazlar+
    08.09.2023
    Emil
        Samsung flaqman və büdcəli smartfon seriyalarından əlavə olaraq Galaxy Xcover adlı daha bir seriyaya sahibdir. Şirkət Galaxy Xcover seriyası çərçivəsində gövdələri olduqca dözümlü olan smartfonları satışa çıxarır. İndi isə məlum olub ki, Samsung sözügedən smartfon seriyasının növbəti modeli üzərində çalışır. Çox güman ki, söhbət Galaxy Xcover 7 smartfonundan gedir.
        İnsayderlər aşkar ediblər ki, bu smartfon SM-A556B model nömrəsinə sahibdir. Maraqlısı ondadır ki, Galaxy A55 smartfonu da eyni model nömrəsini özündə birləşdirir. Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy Xcover 7 modeli Galaxy A55 modelinin daha dözümlü versiyası olacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Bununla yanaşı Galaxy Xcover 7-nin nə zaman təqdim ediləcəyi bilinmir. Çox güman ki, bu smartfon 2024-cü ilin birinci yarısında təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər