
Samsung Galaxy XR genişləndirilmiş reallıq cihazının mümkün təqdimat tarixi rəsmi açıqlanıb
Samsung şirkəti növbəti Galaxy Event təqdimat tədbirini anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən növbəti Galaxy Event tədbiri 21 oktyabr tarixində keçiriləcək. Gözləntilərə əsasən sözügedən tədbir çərçivəsində şirkət özünün Galaxy XR adlı genişləndirilmiş reallıq cihazını təqdim edəcək. Qeyd etmək lazımdır ki, Samsung-un bu cihazı Apple Vision Pro-nun alternativi olmalıdır. O, Android XR vasitəsilə çalışacaq. Bir neçə müddət bundan öncə isə Galaxy XR-in render fotoları və texniki imkanları ortaya çıxmışdı. Gözləntilərə əsasən Galaxy XR-in əsasını Snapdragon XR2+ Gen 2 prosessoru təşkil edəcək.

Paylaş