Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 5-in Avropadakı satış qiyməltəri ortaya çıxıb

    Cihazlar+
    12.07.2023
    Emil
        26 iyul tarixində Cənubi Koreyada Galaxy Unpacked tədbiri keçiriləcək və həmin tədbirdə təqdim ediləcək əsas yeni məhsullar qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları olacaqlar. Təqdimata az müddət qalmış internetdə Galaxy Z Flip 5-in Avropa bazarındakı satış qiymətləri ortaya çıxıb. Məlumata əsasən yeni smartfonun qiyməti Galaxy Z Flip 4-ün qiymətindən o qədər də fərqlənməyəcək. Galaxy Z Flip-in 256/512 GB daxili yaddaş həcmi versiyalarında satışa çıxacağı gözlənilir. Məlumatda qeyd edilib ki, 256 GB yaddaşa sahib model Avropa bazarında 1199 avroya, 512 GB yaddaşa sahib model isə 1339 avroya satılacaq. Beləliklə Galaxy Z Flip 5 ilə Galaxy Z Flip 4 arasında qiymət fərqi 40-60 avro təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər