Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 5-in satış qiyməti ortaya çıxıb

    Cihazlar+
    24.06.2023
    Emil
        Samsung gələn ayın sonunda yeni qatlana bilən qapaqlı Galaxy Z Flip 5 smartfonunu təqdim etməlidir. İndi isə sözügedən smartfonun Avropa bazarında hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Verilmiş məlumata əsasən Galaxy Z Flip 4 ilə müqayisədə Galaxy Z Flip 5-in satış qiyməti bir qədər yüksələcək. Beləliklə məlumata əsasən Galaxy Z Flip 5-in 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib versiyası 1300 avro qiymətində satışa çıxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il Galaxy Z Flip 4-ün 8 GB RAM-a və 128 GB daxili yaddaşa sahib versiyası 1099 avro qiymətində satışa çıxmışdı. Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip 5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym daxili AMOLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər