Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 5-in xarici ekranının potensialından maksimal dərəcədə istifadə edəcək

    Cihazlar+
    13.06.2023
    Emil
        Artıq məlumdur ki, yaxın zamanda təqdim ediləcək qatlana bilən Galaxy Z Flip 5 smartfonu böyük ölçülü xarici ekrana sahib olacaq. Smartfonda olacaq xarici ekranın ölçüsü Galaxy Z Flip seriyasının modelləri arasında ən böyüyü olacaq. İnsayderlərin təqdim etmiş olduqları yeni məlumatlara əsasən Samsung şirkəti Galaxy Z Flip 5-in xarici ekranının potensialından maksimal dərəcədə istifadə edəcək. Belə ki, Samsung Google ilə bu məsələdə aktiv əməkdaşlığa start verib.
        Məlumatda qeyd edilib ki, iki şirkət arasında olan əməkdaşlığa əsasən Google öz tətbiqlərinin interfeyslərini Galaxy Z Flip 5-in xarici ekranına adaptasiya edəcək. Bura, Youtube, Google Maps və s. kimi tətbiqlər daxil olacaqlar. Bunun sayəsində Galaxy Z Flip 5 istifadəçiləri daxili ekrandan istifadə etməyərək xarici ekranda videolara baxa, naviqasiyadan istifadə edə və rahat şəkildə mesajlar göndərə biləcəklər. İnsayderlərin sözlərinə əsasən Samsung həmçinin özünün bəzi tətbiqlərini də Galaxy Z Flip 5-in xarici ekranı üçün adaptasiya edəcək və bura həmçinin virtual klaviatura da daxil olacaq. Bu isə növbəsində Galaxy Z Flip 5-in xarici ekranından istifadə ssenarilərini genişləndirəcək.
    Paylaş
    Bənzər xəbərlər